Şəki taxılçıları zəmilərdən 170 min tona yaxın məhsul toplayıblar

Şəki RİH-dən verilən məlumata görə respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkidə cari mövsümdə 66,7 min hektar sahənin məhsulunun biçilməsi nəzərdə tutulur. Hazırda rayonun təsərrüfatlarında taxıl biçini yüksək sürətlə davam etdirilir. İndiyədək 52 min hektardan çox zəminin məhsulu biçilib, 169 min 121 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 32,5 sentner təşkil edir. Tədarük olunan taxılın 104 min 126 tonu buğda, 64 min 995 tonu arpadır. Hələlik rayonun təsərrüfatlarında 14 min hektardan çox biçilməmiş taxıl sahəsi qalıb. Hazırda sahələrdə 80 ədəd taxılbiçən kombayn işləyir. Şəkili fermerlər qalan məhsulun da sahələrdən tez və itkisiz toplanması üçün bütün qüvvələri səfərbər ediblər.

İsaq Əmənullayev
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında