“Əsrin müqaviləsi”nə qoşulmayan qüvvələr əziyyət çəkəcəklər” - Gürcü ekspert

Azərbaycan, Gürcüstan və Türkiyənin BMT yanındakı daimi nümayəndəliklərinin "Cənub Qaz Dəhlizinin" bir hissəsi olan TANAP-la bağlı müraciəti əslində regionun siyasi oyunçularına və dünya ictimaiyyətinə bir işarədir. Onlar bildirirlər ki, özündə güc tapıb "Əsrin müqaviləsi"nə qoşulmayan qüvvələr tarixən daim əziyyət çəkəcək və regional əsarətdən və asılılıqdan xilas ola bilməyəcəklər.

Milli.Az "Report"a istinadən bildirir ki, bu sözləri mətbuata açıqlamasında müstəqil gürcü eksperti David Avalişvili söyləyib.

O deyib ki, "Cənub Qaz Dəhlizi" Avropa ilə Cənubi Qafqaz regionu arasında təkcə energetika sahəsində deyil, bütün sahələrdə əməkdaşlığı gücləndirəcək. Eyni zamanda, 40 milyard dollarlıq bu layihə enerji təhlükəsizliyində, sülhün təmin olunmasında və regional əməkdaşlıqda mühüm rol oynayacaq.

Ekspertin fikrincə Azərbaycan, Gürcüstan və Türkiyə BMT platformasında siyasi məsələlərdə də fəal əməkdaşlıq edirlər. Azərbaycan ilə Gürcüstan qaçqın və məcburi köçkünlərin məsələlərində BMT-də səsvermədə eyni mövqedən çıxış etmələri ənənə halını alıb. Bu da region ölkələrinin birgə əməkdaşlığının əsas amilidir.

İsaq Əmənullayev
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında