Neftin qiyməti yenidən artmağa başladı

Dünya bazarında “qara qızıl”ın qiyməti yenidən artmağa başlayıb. Neftin qiyməti ABŞ-la Çin Xalq Respublikası arasında gedən mübarizə şəraitində artır. Səudiyyə Ərəbistanının hasilatı artırmağına baxmayaraq “qara qızıl”ın qiyməti artmaqda davam edir.
 
Londonun “İCE” birjasının məlumatına görə, “Brent” markalı neftin bir barreli 78 dollar olub. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin bir barreli 74,56 dollar olub. Azərbaycanın “AzeriLight” markalı neftinin bir barreli 80,10 dollar olub.
“Bloomberg”in məlumatına görə, təhlilçilər və energetika şirkətlərinin nümayəndələri bildiriblər ki, Səudiyyə Ərəbistanı iyun ayında hasilatı 330 min barrel artırıb.
Liviya və Venesueladakı problemlərə görə, OPEC ötən ay hasilatı 30 min barrel artırıb.
Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında