Bu ilin 6 ayı ərzində 350 dövlət əmlakı özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsində növbəti hərrac keçirilib. Komitədən   verilən məlumata görə, bu dəfəki hərracda 8 əmlaka 9 sifariş qəbul olunub. Bunlardan 4-ü elektron qaydada verilib. Hərracda özəlləşdirilən qeyri-yaşayış sahələri ofis, xidmət və digər sahələrdə gəlirli obyekt kimi istifadə edilə bilər. Bakı şəhəri, Xətai rayonunda yerləşən ümümi faydalı sahəsi 250 kvadratmetr   olan qeyri-yaşayış sahəsi belə əmlaklardandır.

Bundan başqa paytaxtın Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsi də ofis üçün əlverişlidir. Ümumi faydalı sahəsinin 60 kvadratmetrə yaxın olması da bu fəaliyyətin reallaşmasına imkan verir. Qeyd edilməlidir ki, bu kateqoriya üzrə özəlləşəm əmlaklar paytaxtın Nizami, Yasamal, Xətai, Nəsimi rayonunda, digər obyekt isə Sumqayıt şəhərində yerləşir. Budəfəki hərracda özəlləşən qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 10 kvadratmetr   ilə 250 kvadratmetr   arasında dəyişir.

Qeyd edilməlidir ki, cari il ərzində ümumilikdə 114 hərrac keçirilib, səhmdar cəmiyyətlərin səhm paketləri üzrə, kiçik dövlət müəssisələri, nəqliyyat vasitələri və digər təsnifatlar üzrə 350-ə yaxın dövlət əmlakı özəlləşdirilib.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında