Donald Trampın bəyanatından sonra neftin qiyməti aşağı düşməyə başlayıb

ABŞ Prezidenti Donald Trampın bəyanatı və İran İslam Respublikasına mənfi reaksiya göstərməsi dünya bazarında “qara qızıl”ın qiymətinin aşağı düşməsinə səbəb olub. 
 
Londonun “İCE” birjasının məlumatına görə, Brent” markalı neftin bir barreli 78,67 dollar olub. Ötən həftə isə 79,50 dollar idi. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin bir barreli 73,21 dollar olub. Ötən həftə isə 74,25 dollar idi. Azərbaycanın “AzeriLight” markalı neftinin bir barreli 80,60 dollar olub. Ötən həftə isə 81,60 dollar idi.
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının Kralı Salman ibn Əbdül-Əziz Al Səudadan xahiş edib ki, neft hasilatını sutkada 2 milyon barrel artırsın. Ağ evdən bildiriblər ki, kral buna razı olub. Lakin krallıqdan bildiriblər ki, neft hasilatı o vaxt arta bilər ki, birjalarda neftin qiyməti stabilləşsin.
Əslində, OPEC-ə üzv və üzv olmayan ölkələr Donald Trampın bəyanatından narazıdırlar.
 
Qəzənfər QASIMOV,
“Xalq qəzeti” 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında