Sahibkarlar üçün təlim keçirildi

Qəbələ RİH –dən verilən məlumata görə, Azərbaycan Respublikası Maliyyə Nazirliyi, həmin nazirliyin yanında Maliyyə Elm Tədris Mərkəzi rayonda sahibkarlar üçün təlim keçirmişdir. Təlimin keçirilməsində əsas məqsəd sahibkarlıq subyektlərində mühasibat uçot işlərinin aparılması üçün əlaqədar məsul şəxslərin maarifləndirliməsi idi. Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qəbələ Rayonu üzrə Maliyyə Idarəsinin rəisi Namiq Ağayev açmış, tədbirin mövzusu, keçirilmə məqsədi barədə məlumat vermişdir. Maliyyə Nazirliyinin uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva sahibkarlıq subyektlərində mühasibat uçot işinin aparılması üçün mövcud qanunvericilik aktlarında və digər normativ sənədlərdə qarşıya qoyulan tələbləri müasir elektron vasitələrin yardımı ilə geniş və əhatəli şəkildə sahibkarlara, mühasiblərə izah etmişdir. Sonda mühasibat və uçot sahəsində sahibkarlıq subyektlərini maraqlandıran çoxsaylı suallara aydınlıq gətirilmişdir. Sahibkarlar onların fəaliyyətinin qanuna uyğun təşkilinə yardım göstərən bu cür maarifləndirmə tədbirinin təşkilinə görə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və onun yerli qurumuna təşəkkürlərini bildirmişlər.

İsaq Əmənullayev
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında