Azərbaycan iqtisadiyyatı bir faizdən çox artıb

Dövlət Statistika Komitəsinin hesabatında bildirilir ki,  2018-ci ilin yanvar-may aylarında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 29,29 milyard manata yaxın təşkil edib ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.

 Adambaşına düşən ÜDM 2 991,1 manata bərabər olub.

Hesabat dövründə ölkənin qeyri-neft sektorunda istehsal olunmuş ÜDM ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz artıb, neft-qaz sektorunda isə artım qeydə alınmayıb.

Azərbaycanda ÜDM-in strukturunun 48,8 faizi (təxminən 14,3 milyard manat) sənaye sahəsində, 6,7 faizi (1,96 milyard manat) tikinti sahəsində, 3,5 faizi (1,037 milyard manat) kənd, meşə və balıqçılıq təsərrüfatlarında formalaşdırılıb. Məhsula və idxala xalis vergilər ÜDM-in 7 faizini təşkil edib.

Hesabata əsasən, xidmət sahəsində formalaşmış ÜDM-in 9,85 faizi (2,89 milyard manat) avtomovil nəqliyyatının ticarəti və təmiri, 6 faizi (1,77 milyard manat) nəqliyyat və anbar təsərrüfatı, 2,6 faizi (760,8 milyon manat) turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsi, 1,6 faizi (472,5 milyon manat) informasiya və kommunikasiya xidmətləri, 13,8 faizi (4,05 milyard manat) digər xidmət sahələrinin payına düşüb.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında