Yeni boru kəmərləri Bakıya xarici bazara qaz tədarükünü artırmağa imkan verəcək

Bu barədə Rusiyanın “Nezavisimaya qazeta” qəzetində yer alan məqalədə deyilir. Yazıda  qeyd olunur ki, Azərbaycan son illərdə karbohidrogen ehtiyatlarının ixracatçısı rolunun möhkəmlənməsinə yönəlmiş enerji siyasətini həyata keçirir: “Bu məsələnin həllinə Türkiyə ilə əməkdaşlığın genişləndirilməsi xidmət edir. Azərbaycan-Türkiyə əməkdaşlığı yeni qaz boruları layihələrinin icrasına başlamaq imkanı verdi”.

Müəllif bildirir ki, “Cənub Qaz Dəhlizi”ni formalaşdıran TANAP və TAP boru kəmərlərinin tikintisinin yekunlaşması və tam gücü ilə işə düşməsindən, eləcə də “Türk axını” layihəsinin tikintisinin başa çatmasından sonra Ankara öz mövqelərini əhəmiyyətli dərəcədə gücləndirəcək: “Öz növbəsində, yeni boru kəmərləri Bakıya xarici bazara qaz tədarükü həcmlərini artırmağa imkan verəcək. Azərbaycanın enerji siyasəti Avropa İttifaqının maraqlarına cavab verir. Avropa İnvestisiya Bankı TAP-ın tikintisi üçün 1,5 milyard avro kredit ayrılmasına razılıq verib ki, bu da Avropa ölkələrinin yeni boru kəməri marşrutlarının yaradılmasında maraqlı olduğunu göstərir”.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında