TANAP qarşıdakı illərdə digər mühüm təşəbbüslərin reallaşmasına zəmin hazırlayacaq

Şübhə etmirəm ki, Cənub Qaz Dəhlizinin “bel sütunu” adlandırılan və “enerjinin İpək yolu” kimi dəyərləndirilən Trans-Anadolu təbii qaz boru kəmərinin (TANAP) istismara verilməsi Avropanın enerji bazarında müsbət dəyişikliyə gətirib çıxaracaq. Bu layihənin həyata keçirilməsi, eyni zamanda, qarşıdakı illərdə bir sıra mühüm təşəbbüslərin də inamla gerçəkləşdirilməsinə zəmin hazırlayacaq. 
 
TANAP, həqiqətən, Avropanın enerji təhlükəsizliyi baxımından mühüm önəm daşıyır. Bunu reallaşdırılan layihənin iqtisadi göstəriciləri də təsdiqləyir. Belə ki, 1850 kilometrlik TANAP  Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun təbii qaz boru kəməridir. Bu kəmərin ilkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr təbii qaz təşkil edir. Bunun 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri Avropaya nəql olunacaq. Tələbdən asılı olaraq, ötürücülük qabiliyyətinin əvvəlcə 22 milyard kubmetrə, daha sonra isə əlavə investisiyalar hesabına 31 milyard kubmetrə çatdırılması gözlənilir. Yunanıstan sərhədinə ilk qazın nəqlinin reallaşdırılması isə 2019-cu ilin iyun ayında planlaşdırılır.  
Mən bir məqamı da qeyd edim ki, TANAP enerji təhlükəsizliyi baxımından önəmli olmaqla bərabər, həm də  Xəzər bölgəsindən Avropaya qədər marşrut üzərində yerləşən ölkələrin əhalisinin məşğulluq probleminin həllinə öz müsbət təsirini göstərəcək. Başqa sözlə, bu layihənin gerçəkləşdirilməsi yeni iş yerlərinin açılmasını stimullaşdıracaq. Fikrimin təsdiqi kimi, mütəxəssislərin bir faktını diqqətə çatdırmaq istərdim.  Hələ layihənin icrası dövründə sözügedən boru kəməri marşrutundakı 20 vilayətdə təxminən 10 min nəfərə bilavasitə və ya dolayısı ilə məşğulluq imkanı yaradılıb. Bundan başqa, həmin ərazilərdə çoxlu sayda kiçik və orta sahibkarlıq subyektləri üçün yeni iş imkanı təmin edilib.  
Vəkil HÜSEYNOV, 
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında