TANAP layihəsinin reallaşması Azərbaycanın daha bir uğurudur

Azərbaycanın enerji resurslarının birbaşa Avropa bazarına çıxarılması bir zamanlar çoxlarına xəyal kimi görünürdü. Lakin artıq Azərbaycan bu bazarın ən ciddi tərəfdaşına çevrilib və bununla da dünyanın nəhəng dövlətlərinə özünün həm siyasi, həm də iqtisadi maraqlarını qəbul etdirmək imkanlarını daha da genişləndirib. Bütün bunlar Azərbaycan Prezidentinin düşünülmüş, uzaqgörən daxili və xarici siyasətinin məntqi nəticəsidir.
 
Zəngin təbii resurslardan düzgün istifadə, əldə edilən gəlirlərin iqtisadiyyatın real sektorunun inkişafına yönəldilməsi, eləcə də ölkənin ictimai-siyasi həyatında dayanıqlı sabitliyin təmin olunması Azərbaycana nəhəng layihələrin gerçəkləşdirilməsi üçün zəruri olan bütün imkanları yaratdı. Bir vacib məqamı da qeyd etmək lazımdır ki, Azərbaycan hökumətinin reallaşdırdığı bu nəhəng regional layihələrdən təkcə ölkəmiz deyil, qonşu dövlətlər də faydalanırlar. TANAP layihəsinin açılış mərasimindəki çıxışında dövlətimizin başçısı İlham Əliyev demişdir: “Bu gün TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür.”
Təkcə işğalçılıq siyasətinə rəğmənAzərbaycan hökumətinin yürütdüyü düşünülmüş siyasət nəticəsində təklənən və bu səbəbdənbütün regional layihələrdən kənarda qalanErmənistan Cənubi Qafqaz bölgəsinin həm siyasi, həm də iqtisadi mənzərəsini tamam dəyişənbelə layihələrin reallaşdırılmasından əldə edilə biləcək gəlirlərdən məhrum olmuşdur. 
Cənub Qaz Dəhlizinin əhəmiyyətli hissəsi olan Trans Anadolu Təbii Qaz Boru Kəməri(TANAP) Avropa İttifaqının enerji marşrutlarının şaxələndirilməsinə xidmət edən layihədir və onun həyata keçirilməsi Avropa üçün həyati əhəmiyyətə malik bir hadisədir. Məlumdur ki, CənubQaz Dəhlizi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Kəmərinin tikintisi ilə başlanan və Azərbaycanın enerji resurslarını dünyaya, ilk növbədə, Avropaya çatdıran qlobal bir layihənin davamıdır. Əgər bir vaxtlar çoxları Bakı-Tbilisi-Ceyhan kəmərinin reallaşdırılacağına şübhə ilə yanaşırdılarsa, artıq Azərbaycanın enerji resurslarını Avropaya çatdıran ikinci bir böyük kəmər işə salındı. İndi biz hamımız bir zamanlar reallaşması mümkünsüz görünən neçə-neçə nəhəng layihənin gənc Azərbaycan dövlətinin iştirakı ilə gerçəkləşdiyinin şahidi oluruq. Baxın, son 20 ildən bir qədər artıq müddət ərzində qardaş Türkiyə ilə Azərbaycan qlobal layihələrin reallaşdırılması sahəsində nə qədər böyük uğurlara imza atmışlar.
Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bu mövzudan bəhs edərkən demişdir: “Bu, birgə həyata keçirdiyimiz birinci layihə deyil. Biz bundan əvvəl - 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını qeyd etdik. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışını birlikdə etdik. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını birlikdə etdik. Bütün bu açılış mərasimlərində əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə iştirak etmişik. Bu gün bu tarixi gündə də biz birlikdəyik. Bu, onu göstərir ki, bizim təşəbbüsümüzlə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə və bizim qardaşlığımız dayanır”. 
Bəli, ən böyük həqiqət elə budur. Məhz güclü siyasi iradənin və qətiyyətin olduğu yerdə belə transmilli layihələrin uğurla reallaşdırılması mümkündür. Azərbaycan-Türkiyə qardaşlığı və birliyi də onu gercəkliyə çevirdi.
 Azərbaycan üçün xüsusi əhəmiyyətə malik olan bu nəhəng layihə sözsüz ki, ölkəmizin iqtisadi potensialının artırılmasına öz töhfəsini verməklə yanaşı, həm də siyasi müstəvidə dövlətimizin haqlı tələblərinin təmin olunması baxımından əlavə təsir rolunu oynayacaq. İndi fəxrlə deyə bilərik ki, Azərbaycan dünyanın təlatümlər yaşadığı bir dönəmdə məhz Prezident İlham Əliyevin siyasi iradəsinin və qətiyyətinin nəticəsindəTANAP layihəsinin işə salınması ilə daha bir uğura imza atdı.
 Fikrət YUSİFOV,
 iqtisad elmləri doktoru, professor

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında