Bu il 13 ixrac missiyasının təşkili nəzərdə tutulur

Bu il Azərbaycandan 13 ixrac missiyasının təşkili nəzərdə tutulur. İxrac missiyasının maksimum müddəti 4 gündən 6 günədək, iştirakçıların sayı isə 20-dən 30-a qədər artırılıb.

Azərbaycanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi və ölkə iqtisadiyyatına investisiya qoyuluşunun təbliği məqsədilə Azərbaycanda və xaricdə 2018-ci ilin yanvar ayından etibarən 33 tədbir və ikitərəfli görüş təşkil olunub. Bu ilin əvvəlindən 4 ölkənin müxtəlif təşkilatları ilə əməkdaşlığa dair 5 anlaşma memorandumu imzalanıb. 2018-ci ilin əvvəlindən İxracatçılar Klubunun 4 iclası keçirilib, 160-dan çox şirkətə ixrac üzrə fərdi qaydada xidmətlər göstərilib, sahibkarlıq subyektlərinə 1,7 milyon manat məbləğində ixrac təşviqi ödənilib. Ümumilikdə isə, indiyədək bu istiqamətdə sahibkarlara 5,3 milyon manat ödənilib.

2018-ci ilin yanvar-may ayları ərzində "Made in Azerbaijan" brendinin xarici ölkələrdə təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə Rusiyanın Həştərxan vilayətinə ixrac missiyası təşkil olunub. İxrac missiyasında tikinti materialları, tekstil, qənnadı məhsulları, meyvə-tərəvəz, təbii mineral sular və limonadlar, meyvə şirələri və s. sahələr üzrə 30-dan çox yerli şirkətin nümayəndəsi iştirak edib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında