Kütləvi miqrasiya edən və sürü halında yaşayan çəyirtkələrə qarşı mübarizə tədbirləri

 Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev Ağstafa, Göygöl və Tovuz rayonlarında karantin tətbiq edilən və xüsusi təhlükəli orqanizmlərə qarşı bitki mühafizəsi tədbirlərinin yerinə yetirilmə vəziyyəti, Gürcüstan Respublikasının Siqnavi və Georgi yaşayış məntəqələrindən Ceyrançöl Dövlət Fond torpaqlarının qış otlaqları ərazisinə kütləvi miqrasiya etmiş və sürü halında yaşayan çəyirtkələrə qarşı aparılan mübarizə tədbirlərinin nəticələri ilə yaxından tanış olub.

Mübarizə tədbirlərinin hazırda davam etdirildiyini söyləyən Dövlət Xidmətinin rəisi bildirib ki, çəyirtkəkimilər bir sahədə bitkiləri məhv etdikdən sonra dərhal digər sahəyə, rayona, hətta qonşu ölkə ərazisinə asanlıqla miqrasiya etmək qabiliyyətinə malikdirlər. “Bu səbəbdən də mübarizə tədbirlərini qısa zamanda həyata keçirmək lazımdır ki, kənd təsərrüfatı bitkilərinə vurula biləcək itkilərin qarşısı vaxtında alınsın. Bu günə qədər Tovuz, Şəmkir və Ağstafa  rayonlarına aid ərazilərdə 9900 hektar sahədə aparılan kimyəvi mübarizə tədbirləri nəticəsində Mərakeş çəyirtkələrinin geniş ərazilərə miqrasiyasının qarşısı alınıb".

.

                                                          Əlipənah BAYRAMOV, “Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında