Azərbaycan Cənub Qaz Dəhlizinin reallaşması ilə bağlı hədəflərinə nail ola bildi

Cənub Qaz Dəhlizi region, eləcə də respublikamız üçün vacib, eyni zamanda, strateji əhəmiyyət daşıyan layihələrdən hesab edilir. Bu layihənin reallaşması bilavasitə Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində mümkün oldu. Sözügedən təşəbbüs dünyanın ən böyük investisiya layihələrindən biri kimi qiymətləndirilir.
İnvestisiya tutumu 40 milyard dollardan artıq olan bu təşəbbüsün gerçəkləşməsi Azərbaycanın məhz uğurlu və məqsədli siyasətinin məntiqi nəticəsidir. Çünki həm investisiyanın cəlbi, həm də layihənin reallaşması ilə bağlı texniki məsələlərin həllində  təbii ki, Azərbaycanın mövqeyi önəmli idi. Bu baxımdan biz həm region, eləcə də Avropa qitəsi üçün kifayət qədər əhəmiyyətli layihənin reallaşmasını müşahidə edirik. Azərbaycan Cənub Qaz Dəhlizinin reallaşması ilə bağlı hədəflərinə nail ola bildi.
Bu təşəbbüsün həyata keçirilməsi iqtisadi cəhətdən Azərbaycanın gəlirlərinin artmasına imkan verəcək. İlkin qiymətləndirmələrə görə, bu dəhliz ölkəmizə 100 milyard dollar vəsaitin daxil olmasına şərait yaradacaq. Bu, ölkəmizin dövlət gəlirlərinin, eləcə də strateji ­valyuta ehtiyatlarının artırılması baxımından önəmlidir. Həmçinin gəlirlərin artması fonunda daha çox sosial investisiya üçün vəsaitlərin ayrılması sürətlənəcək.  
Cənub Qaz Dəhlizi  Azərbaycan üçün sosial baxımdan da mühüm önəm daşıyır. Çünki gəlirlərin artması bir tərəfdən sosial proqramların sayına, digər tərəfdən birbaşa məşğulluğa təsir göstərir. Bununla əlaqədar indiyədək həm istehsalçı, həm istehlakçı, həm də tranzit ölkələrdə 30 minə yaxın iş yeri yaradılıb. İş yerlərinin bir qismi daimidir. Azərbaycanın təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizi, hətta Avropa ölkələrində iş yerlərinin açılmasına müsbət təsir göstərib. Təkcə 200 iş yeri Yunanıstanda açılacaq.
Bütün bunlarla bərabər, adı çəkilən dəhliz  ölkəmizin strateji mövqeyinin möhkəmlənməsində də önəmli rol oynayacaq. Respublikamızın   Avropanın enerji təhlükəsizliyində  iştirakı daha da aktivləşəcək, TANAP vasitəsilə Türkiyə bazarına əlavə olaraq 7 milyard kubmetr, Avropaya ilkin mərhələdə 10 milyard kubmetr, ikinci mərhələdə isə 20 milyard kubmetr mavi yanacaq nəql olunacaq.  Nəticədə Azərbaycan regionun enerji təhlükəsizliyində səmərəli xidmət göstərən əsas ölkələrdən birinə çevriləcək.      
Vüqar BAYRAMOV,
iqtisadi-ekspert

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında