Bu ilin dörd ayında Avropa İttifaqının Azərbaycanın xarici ticarətindəki payı 42 faiz olub

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu barədə iqtisadiyyat naziri, Azərbaycan Respublikasının Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottinger ilə görüşündə deyib.

İqtisadiyyat naziri vurğulayıb ki, Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. 2017-ci ildə Avropa İttifaqının Azərbaycanın xarici ticarətindəki payı 42 faiz, 2018-ci ilin 4 ayında 42 faiz təşkil edib. 2012-2017-ci illərdə Avropa İttifaqı Azərbaycana 15,3 milyard dollar investisiya yatırıb ki, bu da Azərbaycan iqtisadiyyatına yatırılmış investisiyaların 38,2 faizini təşkil edir. Azərbaycanda 1500-dən çox Avropa İttifaqı ölkələrinin şirkəti fəaliyyət göstərir. Avropa İttifaqının 9 üzv ölkəsi ilə Strateji Tərəfdaşlıq Bəyannaməsi, 24 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 17 üzv ölkəsi ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişləri imzalanıb. Azərbaycan və Avropa İttifaqı arasında 3 biznes forum keçirilib, bir neçə gündən sonra 4-cü biznes forum keçiriləcək.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında