Dövlət Neft Fondu gəlirlərini açıqlayıb

2018-ci ilin mayın 1-də Dövlət Neft Fondunun gəlirləri bütün fəaliyyəti dövrü ərzində 141,5 milyard dollar təşkil edib.

Dövlət Neft Fondunun məlumatında qeyd edilir ki, qurumun aktivlərinin idarə edilməsi üzrə gəlirlər mayın 1-ə olan məlumata görə, 5,4 milyard dollar təşkil edib. Neft və qaz satışından daxil olan gəlirlər isə 136,1 milyard dollara çatıb.

Fondun ümumi xərcləri isə 103,7 milyard dollardır.

Bu ilin aprelində Dövlət Neft Fondunun aktivləri 5,1 faiz artaraq ötən ilin müvafiq dövrü ilə müqaisədə 37,631 milyard dollar təşkil edib. Halbuki ötən il bu rəqəm 35,806 milyard dollar olub.

Qeyd edək ki, Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb. O vaxt Fondun aktivləri 271 milyon dollar təşkil edirdi.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında