İndiyədək BTC vasitəsilə 3 milyard barrelədək neft göndərilib

2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı. İyulun 4-də isə neftlə yüklənmiş ilk tanker buradan yola salındı. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi.

Bu ilin yanvar-mart aylarında BTC əsas ixrac boru kəməri vasitəsilə təqribən 63 milyon ton (8,3 milyon barrel) xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 81 tankerə yüklənib. 2006-cı ilin iyunundan, yəni kəmər istifadəyə veriləndən cari ilin birinci rübünün sonunadək isə BTC ilə ümumilikdə 391 milyon tondan çox, yəni təxminən 2,93 milyard barrel xam neft nəql olunub. Həmin neft Ceyhan limanında 3 min 839 tankerə yüklənərək dünya bazarına göndərilib.

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, boru kəməri vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur. Birinci rübdə BTC üzrə əməliyyat xərclərinə təqribən 30 milyon dollar, əsaslı xərclərə isə 5 milyon dollar sərf edilib.

Cari ilin ilk dörd ayında isə Azərbaycandakı magistral neft kəmərləri ilə neft nəql olunan 13 milyon 349,8 min ton neftin 81,4 faizi BTC ilə həyata keçirilib. Yanvar-aprel ayları ərzində bu kəmər vasitəsilə 10 milyon 861,6 min ton neft ötürülüb. Dörd ayda BTC ilə 2 milyon 9 min ton tranzit neft də nəql edilib.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında