“Şahdəniz-2” platformalarının üst modullarının montajı və istismar sınaqlarının 90 faizi başa çatıb

“Şahdəniz-2” üçün Səngəçal terminalında yeni inşa edilmiş sistemə artıq ilk karbohidrogen daxil edilib.

“BP Azerbaijan” şirkətindən verilən məlumata görə, ötən il bütün layihə boyu əldə edilmiş bir sıra mühüm tikinti, istismar sınaqları və təhvil vermə nailiyyətlərindən sonra “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələri istismara başlamaq mərhələsinə daxil olaraq 2018-ci ildə ilk qazın əldə edilməsi qrafikinə uyğun irəliləyir.

“Şahdəniz-2 layihəsi üzrə ilk qazın əldə olunması üçün lazım olan iş həcmi mühəndis-layihə işləri, təchizat, tikinti və istismar sınaqları da daxil olmaqla artıq 99 faiz tamamlanıb.

Bu ilin birinci rübündə “Şahdəniz-2” platformalarının hər ikisinin üst modullarının quraşdırılması və istismar sınaqları davam edib və sürətlə irəliləyib. Ümumilikdə bu işlər 90 faiz başa çatmaqla qrafiki qabaqlayır. Bu obyektlər artıq əməliyyatlar qrupuna təhvil verilib və işə salınma prosedurları yaxşı irəliləyir. Hazırda terminaldan platforma sisteminə ilk karbohidrogen daxil olmazdan əvvəl son yoxlama işləri aparılır.

Səngəçal terminalında “Şahdəniz-2” üçün inşa edilmiş obyektləri terminalın mövcud istismarda olan hissəsi ilə ayıran baryer sökülüb və hər iki hissə indi birləşdirilib. Yeni inşa edilmiş sistemə artıq ilk karbohidrogen daxil edilib. Bu, həm ilk kommersiya ixracının, həm də “Şahdəniz Bravo” obyektlərindən hasilatın başlanması üçün çox vacib bir əməliyyatdır.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında