Dəniz Ticarət Limanının istifadəyə verilməsi qeyri-neft sektorunun inkişafını daha da sürətləndirəcək

Bu gün respublikamızın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin güclənməsi, çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılması məqsədi ilə görülən tədbirlərin miqyası kifayət qədər genişdir. Bu baxımdan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi əlamətdar hadisədir. Logistika və ticarət sürətlə qloballaşan dünyada iqtisadi inkişafın əsas təkanverici qüvvələrindən biri hesab olunur. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin təsdiq etdiyi strateji yol xəritələrindən biri də Azərbaycanda logistika və ticarətin inkişafı ilə bağlıdır. Çünki Azərbaycan bu sahədə əlverişli coğrafi mövqeyə malikdir.

Bu mənada logistika imkanlarının genişləndirilməsi inkişafa xidmət etməklə yanaşı, ölkəmizin regional və beynəlxalq ticarətdə rolunun artmasına gətirib çıxaracaq.

Bu sənəddə qarşıya qoyulmuş məqsədlər və prioritetlər həm də beynəlxalq əməkdaşlığı əhatə edir. Lakin Azərbaycan bu sahədə artıq illər öncədən layihələrin həyata keçirməsinə başlayıb. Çünki ­Prezident İlham Əliyevin iqtisadi imkanların artırılması baxımından qarşıya qoyduğu vəzifələrdən biri xarici iqtisadi əlaqələrin genişləndirilməsidir. Digər tərəfdən, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, Azərbaycanın ixrac potensialının və yerli məhsulların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi də xüsusən bu gün üçün əsas prioritetlərdən biridir. Azərbaycanın xarici ticarətinin strukturunda isə kənd təsərrüfatı məhsulları üstünlük təşkil edir və bu sahədə logistik mərkəzlərin yaradılması mühüm əhəmiyyət kəsb edir.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin istifadəyə verilməsi Azərbaycanın ixrac potensialını daha da gücləndirəcək və yerli məhsulların xarici bazarlara çıxış imkanlarını genişləndirəcək.

Liman kompleksinin region iqtisadiyyatında xüsusi mövqeyə malik olmasını və nəqliyyat qovşağında önəmli yer tutması Azərbaycanın geostrateji əhəmiyyətini bir daha təsdiqləyir. Bu liman Avrasiya məkanında mühüm nəqliyyat və logistika mərkəzi olacaq, qədim İpək yolu üzərində olan ölkəmizin tarixi ticarət qovşağı mövqeyini özünə qaytaracaq.

Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan ərazisindən keçən dəhlizlərin fəaliyyətinin təkmilləşdirilməsi dəniz və dəmir yolu nəqliyyatı üçün uzunmüddətli etibarlı bazarın formalaşmasında, ticarət əlaqələrinin genişləndirilməsində, yükdaşımalarla bağlı infrastruktur sahələrinin inkişafında faydalı olacaq. Nəqliyyat dəhlizlərinin potensialından səmərəli istifadə gələcəkdə bu sahənin qeyri-neft sektorunda xüsusi çəkisinin artması ilə nəticələnəcək.

Aydın Hüseynov,
Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında