Daxili su hövzələrinin problemləri mövzusunda beynəlxalq konfrans işə başlayıb

 AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutu və Beynəlxalq İslam Ölkələri Elm və Okeanografik Texnologiya Şəbəkəsinin birgə təşkilatçılığı ilə “Daxili su hövzələrinin problemləri: Xəzər dənizi hövzəsinin tematik öyrənilməsi” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

www.science.gov.az saytı yazır ki, konfransın işində Azərbaycanla yanaşı Almaniya, İsveçrə, ABŞ, Fransa, Rusiya və digər ölkələrdən tədqiqatçı alimlər iştirak edirlər. Tədbirdə çıxış edən Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bildirib ki, konfransda Xəzər dənizi, Aral, Van və Urmiya gölləri hövzəsi üzrə mövcud problemlərin həlli yolları araşdırılacaq, bu istiqamətdə beynəlxalq elmi əməkdaşlıq mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunacaq. “Əsas təhlükə planetin atmosfer havasının istiləşməsidir. Bu, gələcəyin ən böyük problemi olaraq qalır” – deyə bildirən institut direktoru qeyd edib ki, istiləşmə özünü daha çox həssas olan daxili sularda tapır. Daxili suların da ən bariz nümunəsi Xəzər dənizidir. Ona görə də insanlar Xəzər dənizinin ətraf mühitini, biomüxtəlifliyini, fiziki şəraitini mühafizə etməlidirlər.

Tədbirdə yerli və xarici mütəxəssislər “İqlim dəyişikliyinin təsirləri: dəniz səviyyəsi, bioresurslar, biomüxtəliflik, dənizin ekologiyası və balıq ehtiyatları”, “Hövzənin iqlim və hidrometeoroloji xüsusiyyətləri”, “Xəzər regionunda beynəlxalq əməkdaşlıq, sosial-iqtisadi inkişaf, sənaye və enerji” mövzularında təqdimatlarla çıxış ediblər.

Sonra konfrans işini bölmələr üzrə davam etdirib.

                                   Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında