Dünya Bankı Azərbaycanın iqtisadiyyatında 2021-ci ilə qədər artım olacağını proqnozlaşdırır

Dünya Bankı növbəti 3 il ərzində Azərbaycan iqtisadiyyatının əhəmiyyətli dərəcədə artımını proqnozlaşdırır.

Təşkilatın hesabatında, eyni zamanda, bildirilir ki, 2018-ci ildə Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 1,8 faiz, 2019-cu ildə 3,8 faiz, 2020-ci ildə 3,2 faiz artacaq: “Ortamüddətli perspektivdə Azərbaycan iqtisadiyyatının artım templəri qaz hasilatının genişlənməsi və Transanadolu boru kəmərinin işə salınması ilə sürətlənəcək”.

Analitiklər hesab edirlər ki, OPEK+ sazişinin müddətinin 2018-ci ilin sonunadək uzadılması fonunda Azərbaycanda hasilat həcmləri çox azalmayacaq. Bundan başqa, Dünya Bankı bu il neft qiymətlərinin artımını və bu qiymətlərin ortamüddətli perspektivdə sabitliyini proqnozlaşdırır.

Dünya Bankı həmçinin 2018-ci ildə Azərbaycanda qeyri-neft ÜDM-in artımını proqnozlaşdırır ki, bu da dövlət investisiyalarının 83 faizədək artmasına gətirib çıxara bilər.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında