Qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, sahibkarlıq assosiasiyaları və bir sıra iş adamları ilə görüş keçirilib. Görüşdə vergilər naziri Mikayıl Cabbarov, ASK-nın sədri Məmməd Musayev, ASK-ya üzv olan şirkətlər və assosiasiyalar iştirak edib, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunaraq iş adamlarını maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Vergilər naziri vergi sistemində aparılan dəyişikliklərin başlıca prinsipləri, vergi ödəyiciləri ilə münasibətlərdə şəffaflığın təmin olunması, onların qarşılaşdığı məsələlərin həll olunması istiqamətində görülən işlər, həmçinin biznes sektorundan gözləntilərlə bağlı çıxış edib.

Görüşdə Vergilər Nazirliyi ilə sahibkarlar arasında müzakirə platforması kimi çıxış edəcək Əməkdaşlıq Şurasının yaradılması barədə razılıq əldə edilib. 

 

                                                 Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında