May ayının ilk hərracı keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən may ayının ilk hərracı keçirilib. Budəfəki  özəlləşmə prosesində də investorların aktivliyi müşahidə edilib. Qeyd edilməlidir ki, hazırda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərən əksər müəssisələr özəlləşmə prosesinin nəticəsidir. Belə müəssisələrə iqtisadiyyatımızın bütün sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı, turizm, bankçılıq, rabitə, nəqliyyat və digər sahələrdə rast gəlmək olar. Ölkənin turizm potensialının artmasına imkan verən mehmanxanalar, vətəndaşların istirahətini təmin edən ictimai iaşə obyektləri, aqrar sahənin inkişafına təkan verən kənd təsərrüfatı məhsullarının emalı müəssisələri, səhiyyə ocaqları özəlləşdirildikdən sonra fəaliyyətini bərpa edərək iqtisadi aktivliyin artmasına şərait yaradır.

 

Budəfəki hərracda 1 kiçik dövlət müəssisəsi, 9 qeyri-yaşayış sahəsi, 2 yarımçıq tikili, 4 nəqliyyat vasitəsi özəlləşdirilib. Bakı şəhəri üzrə keçirilən hərraclarda 1 kiçik dövlət müəssisəsi, 5 istifadəsiz qeyri-yaşayış sahəsi və 4 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 istifadəsiz qeyri-yaşayış sahəsi və 2 yarımçıq tikili özəlləşdirilib.

Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac mayın 8-də keçiriləcək. Hərraca investorları cəlb edə biləcək 178 əmlak çıxarılacaq..

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

                                                                                         

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında