İyunun 19-da TANAP-ın açılış mərasimi keçiriləcək

Bu il iyunun 19-da Trans-Anadolu qaz kəmərinin (TANAP) açılış mərasimi keçiriləcək.

"APA-Economics" Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə SOCAR-ın İnvestisiyalar Departamentinin rəhbəri Vaqif Əliyev məlumat verib. Onun sözlərinə görə, Azərbaycan qazının TANAP qaz kəməri ilə nəqlinə başlanması mərasimi iyulun əvvəlinə planlaşdırılıb. "İyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Ötən həftə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan arasında keçirilən görüş zamanı iyunun 19-da TANAP-ın işə salınması mərasiminin keçirilməsinə dair qərar qəbul olunub”, - deyə V.Əliyev vurğulayıb.

Qeyd edək ki, “Şahdəniz-2”  layihəsi çərçivəsində TANAP ilə illik 16 milyard Azərbaycan qazı nəql olunacaq. Bunun 6 milyard kubmetri Türkiyə, 10 milyard kubmetri Avropaya nəql ediləcək.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında