Qarsda logistik mərkəz bu il oktyabrın 30-da fəaliyyətə başlayacaq

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu dəhlizi çərçivəsində logistik mərkəzin tikintisi üzrə işlərin 50 faizdən  çoxu yekunlaşdırılıb.

Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya nazirliyindən bildiriblər ki,  logistik mərkəzin tikintisində gecikməyə yol verilməyib.  Logistik mərkəz işə düşəndən sonra  Türkiyənin ən mühüm dəmiryol hablarından biri olacaq.

Logistik mərkəzin açılışı cari ilin oktyabr ayının 30-da baş tutacaq.  Mərkəzin tikintisi üçün 300 kvadratmetr torpaq sahəsi ayırılıb, onlardan 170 kvadratmetr ambar üçün istifadə olunacaq. Hər il mərkəz vasitəsilə 412 min ton yük nəql etmək mümkün olacaq.

Nazirlikdən əlavə ediblər ki, logistik mərkəzin sahəsində 16 kilometr uzunluğunda dəmir yolu tikiləcək və bu sahə Qars-Ərzurum dəmir yoluna birləşdiriləcək.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında