Çindən 6 min qutu ipəkqurdu toxumları gətirilib

Çin Xalq Respublikasından ölkəmizə daha 6 min qutu ipəkqurdu toxumları (qrena) gətirilib və inkubasiya qoyulması üçün Qax Damazlıq İpəkçilik Stansiyasına yola salınıb.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, inkubasiya müddəti başa çatdıqdan sonra əldə olunacaq ipək qurdları dağlıq ərazidə yerləşən rayonların kümçülərinə əvəzi ödənilmədən paylanılacaq.

Ümumilikdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tender müqaviləsi əsasında Çin Xalq Respublikasından iki mərhələdə 13000 qutu yüksək keyfiyyətli hibridipəkqurdu sənaye toxumları (qrena) alınaraq aran, dağlıq və dağətəyi rayonların kümçülərinə paylanılması nəzərdə tutulub

Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulmuş barama toxumlarından əldə olunacaq ipək qurdlarının bölgü əsasında yaxın günlərdə respublikanın 40 rayonunun kümçülərinə əvəzi ödənilmədən paylanılması nəzərdə tutulub.

Son iki ildə Çin Xalq Pespublikasından ölkəmizə 2,5 milyon ədəd tut tingi gətirilib, bölgü əsasında əvəzi ödənilmədən baramaçılıq rayonlarına paylanılıb və bu rayonların ərazilərində yeni intensiv tipli tut (çəkil) bağlarının salınması təmin edilib.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında