AİB: 2018-2020-ci illərdə Azərbaycana 900 milyon dollar kredit ayrılacaq

2018-2020-ci illərdə Asiya İnkişaf Bankı (AİB) Azərbaycana ümumilikdə kredit proqramı çərçivəsində 900 milyon dollar vəsait ayıracaq.

“APA-Economics” bankın yaydığı məlumata istinadən xəbər verir ki, sərmayə resursları – Asiya İnkişaf Fondu və digər xüsusi fondlar hesabına Azərbaycana ayrılan kreditlər və qrantların ümumi həcmi 2,46 milyard dollara bərabərdir.

“2017-ci ilin dekabrında AİB Azərbaycanda iki proqram üçün 650 milyon dollar məbləğində krediti təsdiqləyib. İlk proqram 400 milyon dollar məbləğindəki Dəmir Yolu Sektoru İnkişaf Proqramıdır. İkinci proqram isə 250 milyon dollar məbləğindəki Hökumət və İctimai Sektorun Effektivlik Proqramıdır. Bundan başqa, AİB qeyri-hökumət təşkilatları və özəl sektora da birbaşa kreditlər, kapitala investisiyalar və digər formalarda maliyyə yardımı göstərir. 2017-ci ildə AİB-in öz ehtiyatları hesabına  maliyyələşən 29 qeyri-hökumət kreditləşməsi üçün 3,17 milyard dollar vəsait ayrılıb. Ümumiyyətlə, 2017-ci ildə 27 tranzaksiya çərçivəsində 2,29 milyard dollar vəsait ayrılıb. 2017-ci il dekabrın 31-nə kapital ehtiyatları hesabına qeyri-hökumət təşkilatlarına ayrılan vəsaitin məbləği 10,9 milyard dollar olub,” – deyə məlumatda qeyd olunub. 

Qeyd edək ki, 1999-cu ildən bugünədək AİB Azərbaycana kreditlər, qrantlar və texniki yardım formasında 4,61 milyard dollar vəsait ayırmışdır.

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında