70 dövlət əmlakı özəlləşdirilir

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu il may ayının 22-də  dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.

Komitədən verilən məlumata görə, budəfəki hərraca ayrı-ayrı iqtisadi sahələrə aid 70 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyətləri, 28-i kiçik dövlət müəssisə və obyekti, 20-si istifadəsiz qeyri-yaşayış sahəsi, 4-ü isə nəqliyyat vasitəsidir.

Alıcılar bu hərracda da məişət, iaşə, qida, toxuculuq sahəsinə aid olan kiçik dövlət müəssisəsi və obyektlərini özəlləşdirmək imkanına malikdirlər. Eyni zamanda, təmir, sənaye, nəqliyyat sahəsində biznesini qurmaq istəyənlər üçün də kifayət qədər müəssisələr var. Bu əmlaklar paytaxtla yanaşı, Gəncə, Sumqayıt, Cəlilabad, Lənkəran, Balakən, Xaçmaz və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 57 kvadratmetrlə 10 min kvadratmetr arasında dəyişir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında