BP Azərbaycan ərazisində 8 dəniz platforması inşa edib

1994-cü ildə “Əsrin müqaviləsi” imzalandıqdan sonra Azərbaycan hökumətilə “British Petroleum” (BP) şirkətinin birgə səyləri ilə beynəlxalq səviyyəli bir çox layihələr həyata keçirilib. Qlobal miqyaslı layihələrdən biri Bakı-Tbilisi-Ceyhan neft kəməridir. Qeyd edək ki, indiyədək BP tərəfindən Azərbaycan ərazisində 8 dəniz platforması da tikilib.

BP-nin Azərbaycanda iştirak etdiyi layihələr arasında “Qərbi Azəri”, “Şərqi Azəri”, “Şahdəniz-1” və “Şahdəniz-2” layihələri yer alır. Böyük həcmdə xarici investisiya cəlb edən “Şahdəniz-2” reallaşdırılmasına görə ən mürəkkəb sualtı qaz hasilatı layihəsidir və demək olar ki, 99 faiz icra olunub. “Şahdəniz-2” layihəsinə sualtı tikinti işləri üçün dəyəri 378 milyon dollar olan “Xankəndi” gəmisi cəlb edilib.

“Azəri-Çıraq-Günəşli” yatağında bugünədək 3,3 milyard barel neft, "Şahdəniz" yatağında 89 milyard kubmetr qaz və 76 milyon barel kondensat hasil olunub.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında