Beynəlxalq Sərgilər Bürosunun qiymətləndirmə missiyası Bakı səfərinin yekunlarına dair mətbuat konfransı keçirib

Aprelin 19-da BeynəIxalq Sərgilər Bürosunun qiymətləndirmə missiyası Bakı səfərinin yekunları ilə bağlı jurnalistləri bir araya toplayıb. Mətbuat konfransında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Beynəlxalq Sərgilər Bürosunda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov, maliyyə naziri vəzifəsini icra edən Samir Şərifov, “Expo 2025 Bakı” Əməliyyat Katibliyinin icraçı direktoru Pol Foster, Beynəlxalq Sərgilər Bürosu İcra Komitəsinin sədri Jai-chuil Choi, büro sədrinin müavini Dmitri Kerkentzes çıxış ediblər.

Tədbirdə Azərbaycanın “Expo 2025” Ümumdünya Sərgisinə namizədliyinin irəli sürməsi ilə bağlı görülən işlər və atılacaq addımlar barədə məlumat verilib. S. Şərifov bildirib ki, Beynəlxalq Sərgilər Bürosunun qiymətləndirmə missiyasının Bakıya səfəri çərçivəsində bir sıra görüşlər keçirilib: “Qiymətləndirmə Missiyasının üzvləri sərginin keçiriləcəyi əraziyə baş çəkiblər və həmin ərazinin sərgidən sonra Azərbaycan xalqının xeyrinə necə istifadə ediləcəyinə dair planla tanış olublar. Ümumilikdə, 150-dən çox ölkənin təmsil olunacağı “Ekspo 2025” Ümumdünya Sərgisinə Bakının ev sahibliyi etməsi ölkəmizin tarixində mü­hüm addım olacaq və bu qərarı hamımız gözləyirik”.

Natiq əlavə edib ki, sərginin Bakıda keçirilməsi Azərbaycanın tanıdılma­sı baxımından əhəmiyyətli layihədir: “Bakının ev sa­hibliyi etməsi şəhərin və ümumiyyətlə, Azərbaycanın inkişafını sürətləndirəcək. Mil­li inkişaf strategiyamıza uyğun olaraq, “Ekspo 2025” layihəsi biznes imkanlarının yaradılma­sı, yeni tərəfdaşlıq əlaqələrinin qurulması, turizmin inkişaf etdirilməsi və yeni iş yerlərinin açılması vasitəsilə iqtisadiyya­tımızın şaxələnməsinə kömək edəcək”.

E.Əmirbəyov da “Eks­po 2025” sərgisinin Bakıda keçirilməsinin əhəmiyyətindən danışıb: “Bu il Azərbaycanın Ekspo hərəkatına üzvlüyü­nün 10 illiyini qeyd edirik. Bu illər ərzində təşkilatla sıx əməkdaşlıq etmişik. Son üç sərgidə Azərbaycan tərəfindən qurulmuş milli pavilyonlar müxtəlif nominasiyalar üzrə qiymətləndirilib”.

E.Əmirbəyov “Ekspo 2025” Ümumdünya Sərgisinin Bakıda keçirilməsinin insan kapitalının inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.

Beynəlxalq Sərgilər Bürosu İcra Komitəsinin sədri Jai-chuil Choi, büro sədrinin müavini Dmitri Kerkentzes isə çıxış edərək bildiriblər ki, Azərbaycana səfərlərinin məqsədi Bakının namizədlik potensialı ilə yaxından tanış olmaqdır.

Missiya rəsmiləri qiymətləndirmə çərçivəsində may ayında hesabatın hazır­lanacağını diqqətə çatdırıblar. Əlavə olunub ki, Bakıda sərginin keçirilməsinə uyğun gəlir və son qərar noyabr ayın­da veriləcək.

Anar TURAN,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında