Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin iş prinsipinə dair təlim keçirilib

Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) maliyyə sektorunda fəaliyyət göstərən pərakəndə satış müəssisələrinə daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin iş prinsipi haqqında təlim keçirilib. Təlimdə pərakəndə satış müəssisələrindən 15 nəfərdən çox nümayəndə iştirak edib.

MBNP-nin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, əsas iş prinsipi, yüklülüyün növləri və yüklülük predmeti, reyestrin sahibkarlar və maliyyə qurumları üçün faydası barədə məlumat verilib, həmçinin reyestrin elektron portalının iş prinsipi təlim iştirakçılarına detallı izah edilib. Vurğulanıb  ki, cari il martın 15-də istifadəyə verilmiş və https://mpcr.fimsa.az/ internet səhifəsində fəaliyyət göstərən reyestrə 10 mindən çox bildiriş daxil edilib.

Müzakirələr zamanı bildirilib ki, maliyyə sektorunda çalışan qurumlara və sahibkarlara palata tərəfindən reyestrin istifadəsinin tətbiqi üzrə mütəmadi olaraq məlumat dəstəyi göstəriləcək.

Qeyd edək ki, daha öncə reyestrin iş prinsipi üzrə təlim bank, kredit təşkilatları, kredit ittifaqları və lizinq şirkətləri üçün keçirilib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında