Rusiyanın iqtisadi inkişaf naziri Azərbaycana gəlir

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin sabah Azərbaycana səfər etməlidir.

İqtisadiyyat Nazirliyinin məlumatına istinad edərək Strateq.az saytı yazır ki,  səfər aprelin 22-də baş tutacaq. Rusiyalı nazirin Azərbaycanlı həmkarı Şahin Mustafayevlə görüşəcəyi, ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə edəcəyi bildirilir. Səfərin aprelin 23-də başa çatacağı gözlənilir.

Rusiyanın iqtisadi inkişaf naziri ötən ilin dekabrında da Azərbaycana gəlmişdi. O, Şahin Mustafayev və prezident İlham Əliyevlə Azərbaycan--Rusiya işgüzar münasibətlərini müzakirə etmişdi.

Həmin səfər çərçivəsində Azərbaycan və Rusiya şirkətləri arasında müxtəlif sahələr üzrə anlaşma memorandumları imzalanmışdı.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında