BVF Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozu yüksəldib

Beynəlxalq Valyuta Fondu (BVF) 2018-ci il üçün Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozu 1,3 faizdən 2 faizədək yüksəldib.

Bu barədə “World Economic Outlook” hesabatında deyilir. Qeyd olunur ki, proqnozun təkrar nəzərdən keçirilməsinin səbəbi iqtisadiyyata dövlət investisiyalarının gözləniləndən daha yüksək olmasıdır. 2019-cu il üçün BVF Azərbaycanda ümumi daxili məhsulun 3,9 faiz artacağını proqnozlaşdırır.

Ümumilikdə, fondun analitiklərinin fikrincə, 2018-ci ildə MDB-nin iqtisadiyyatı 2,2 faiz, 2019-cu ildə 2,1 faiz artacaq.

Hesabatda o da qeyd olunur ki, 2018-2019-cu illərdə qlobal iqtisadiyyat 3,9 faiz artacaq.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında