İyulda Azərbaycan-İsveçrə biznes forumu keçiriləcək

İqtisadiyyat naziri, Azərbaycan Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Filip Ştalderi qəbul edib.

Nazirlikdən verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan-İsveçrə əlaqələrinin inkişaf etdiyini, Azərbaycan Prezidentinin ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə önəm verdiyini vurğulayıb. Bildirilib ki, Azərbaycanın dövlət başçısı hər il İsveçrədə keçirilən Davos forumunda və digər mühüm tədbirlərdə iştirak edir.

Azərbaycan Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasları və biznes forumlar keçirilir və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilir. Hazırda Azərbaycanda İsveçrə kapitallı 71 şirkət fəaliyyət göstərir. Azərbaycandan İsveçrəyə 1,2 milyard ABŞ dolları investisiya yatırılıb. 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 240 milyon dollar təşkil edib ki, bu da 40 faizdən çox artım deməkdir. İsveçrənin SECO təşkilatı ilə əməkdaşlıq çərçivəsində müxtəlif layihələr reallaşdırılır.

Bildirilib ki, İsveçrənin İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentinin rəhbəri, nazir Yohan Şnayder-Ammanın 2018-ci ilin iyulunda Azərbaycana nəzərdə tutulan səfəri zamanı da biznes forumun keçirilməsi, səfər çərçivəsində Sumqayıt Kimya Sənaye Parkı və Balaxanı Sənaye Parkı ilə tanışlıq məqsədilə həmin sənaye parklarında təqdimatların təşkili nəzərdə tutulur. Nəqliyyat sahəsində əməkdaşlıq imkanlarına toxunan nazir Şahin Mustafayev Azərbaycanın nəqliyyat-tranzit imkanlarının Çində təqdim edildiyini, Ələt Limanının tikintisinin başa çatmaq üzrə olduğunu və isveçrə iş adamlarının limana səfərinin təşkilinin əhəmiyyətli olacağını vurğulayıb.

İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Filip Ştalder ölkəsinin Bakı-Tbilisi-Qars dəmir yoluna, “Bir yol, bir kəmər” layihəsinə maraq göstərdiyini bildirib, əməkdaşlıq imkanlarına, eləcə də nazir Yohan Şnayder-Ammanın ölkəmizə nəzərdə tutulan səfərinə və təşkil ediləcək biznes foruma dair fikirlərini bölüşüb.

Səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini vurğulayan Filip Ştalder səfər zamanı Sumqayıt Kimya Sənaye Parkında inşa olunan və İsveçrə investisiyalı tikinti qatqılarının istehsalı zavodunun açılışını təklif edib.

 Vaqif BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında