Azərbaycanda ÜDM-in həcmi 2,3 faiz artıb

Dövlət Statistika Komitəsinin hesabatında bildirilir ki, 2018-ci ilin birinci rübündə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 17,2 milyard manata yaxın təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz çoxdur.

Komitənin hesabatında həmçinin qeyd edilir ki,  birinci rübdə adambaşına düşən ÜDM 1755,7 manata bərabər olub.

Birinci rübün yekunlarına əsasən, ölkənin qeyri-neft sektorunda istehsal olunan ÜDM 2,9 faiz, neft sektorunda 1,3 faiz artıb.

ÜDM-in strukturunun 48,2 faizi (8,28 milyard manat) sənaye sahəsinə, 6,5 faizi (1,1 milyard manat) tikinti sahəsində, 2,7 faizi (454,4 milyon manat) kənd, meşə və balıqçılıq təsərrüfatlarında formalaşıb.

Məhsul və idxala vergilər ÜDM-nin 6,5 faizini təşkil edib.

Hesabata əsasən, xidmətlər sektorunda istehsal edilmiş ÜDM-nin 10,3 faizi (1,76 milyard manat) nəqliyyat vasitələrinin ticarəti və təmiri, 6,6 faizi (1,1 milyard manat) nəqliyyat və anbar təsərrüfatlarına, 2,6 faizi (467,6 milyon manata yaxın) turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsi, 1,6 faizi (278,5 milyon manat) informasiya və kommunikasiya xidmətləri, 15 faizi (2,57 milyard manat) digər xidmət sahələrinin payına düşüb.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında