Bu günə qədər TANAP-ın tikintisinə 5,6 milyard dollar xərclənib

“Bu günə qədər TANAP-ın tikintisinə 5,6 milyard dollar xərclənib”.

“APA-Economics”in Türkiyənin Əskişəhər şəhərinə ezam olunmuş müxbirinin məlumatına görə, bunu Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Konsorsiumunun baş direktoru Saltuk Düzyol bu gün keçirdiyi brifinqdə jurnalistlərə bildirib.

S.Düzyol əlavə edib ki, bu layihə ilə bağlı xarici banklardan 3,75 milyard dollar kredit cəlb edilib.

Onun sözlərinə görə, bu layihənin xərclərinin 7,99 milyard dollar olacağı qiymətləndirilir.

“Bu günə qədər Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) tikintisində 82 165 299 insan – saat iş görülüb. İnşaat zamanı 1 milyon 310 min ton kəmər qaynaq edilib”, – deyə S.Düzyol vurğulayıb.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında