Yanvar-mart aylarında 17 milyard manatlıqdan çox ÜDM istehsal olunmuşdur

2018-ci ilin yanvar-mart aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən 2,3 faiz artaraq 17 milyard 185,1 milyon manata çatmışdır.

Dövlət Statistika Komitəsindən aldığımız məlumatda bildirilir ki, bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilmişdir. İnformasiya və rabitə sahələrində əlavə dəyər istehsalı 13,2 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 12,5 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,1 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,2 faiz, sənaye və ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrinin hər birində 2,6 faiz, digər xidmət sahələrində 1,3 faiz artmış, tikintidə isə 11,2 faiz azalmışdır.

Məlumatda daha sonar qeyd edilir ki, 2017-ci ilin eyni dövrü ilə müqayisədə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,9 faiz, neft sektorunda isə 1,5 faiz artmışdır.                                                                                                

Rüb ərzində əhalinin hər nəfərinə düşən ÜDM 1755,7 manata bərabərdir.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında