Azərbaycanda kiçik və orta sahibkarlığın vergi yükü azaldılacaq

Vergi Məcəlləsinə və bir sıra digər qanunvericilik aktlarına təkmilləşdirmənin həyata keçirilməsi istiqamətində işlər aparılıb.

Bu fikirləri vergilər naziri Mikayıl Cabbarov aprelin 17-də “Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək” üzrə “Tvinninq” layihəsinin açılış mərasimində bildirib.

Mikayıl Cabbarov qeyd edib ki, kiçik və orta sahibkarlığa tətbiq edilən vergi yükünün, vergi inzibatçılığının əhəmiyyətli dərəcədə yüngülləşdirilməsi və bununla da ölkədə sahibkarlıq fəaliyyətinə dəstək verilməsi əsas tapşırıqlardandır. Orta və iri müəssisələrə gəldikdə, vergi qanunvericiliyinin əsas istiqamətləri həmin müəssisələr tərəfindən öz fəaliyyətinin, daxili hesabatlılığının və şəffaflıq səviyyəsinin artırılmasına və ölkənin vergi qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmasından ibarətdir. Bu da bir tərəfdən onların rəqabət qabiliyyətliliyini, digər tərəfdən vergi ödənişlərinin sabitliyini və büdcədən müəyyənləşdirə bildiyini və nəhayət dövlət büdcəsinin müvafiq gəlirlərinin zəmanəti olacaq.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında