195-2 Çağrı Mərkəzinə birinci rübdə 2500-dən çox müraciət daxil olub

2018-ci ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyinin195-2 Çağrı Mərkəzinə 2500-dən çox müraciət daxil olub.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu müraciətlərin 2 minə yaxını canlı rejimdə birbaşa, digər hissəsi isə səsli menyu vasitəsilə cavablandırılıb. Ümumilikdə isə fəaliyyətə başladığı 2009-cu ildən indiyədək Çağrı Mərkəzinə 75 mindən çox müraciət daxil olub.

Müraciətlər əsasən, sahibkarlıq, güzəştli kreditlərdən istifadə olunması, lisenziyaların verilməsi, istehlakçıların hüquqlarının müdafiəsi, investisiya təşviqi və təsdiqedici sənədlərin verilməsi, qeyri-neft məhsullarının ixracının dəstəklənməsi mexanizmləri və nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.

Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, eyni zamanda canlı rejimdə daxil olmuş araşdırma tələb edən müraciətlər isə nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb.

Məlumat üçün qeyd edək ki, 195-2 Çağrı Mərkəzi İqtisadiyyat Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətləri birbaşa və ya qanunamüvafiq qaydada araşdırıldıqdan sonra cavablandırır, məlumatlandırma və məsləhət xidməti göstərir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında