Elmi məqalə müsabiqəsi keçirilir

İqtisadiyyat Nazirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə müsabiqə elan edib. Müsabiqəyə  təqdim olunan materiallar yeni dövrün iqtisadi çağırışları, iqtisadi islahatlar, “Made in Azerbaijan” brendinin təbliği, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı mövzularını əhatə etməlidir.

Müsabiqədə hazırda bakalavr, magistratura və doktorantura pilləsində təhsil alan şəxslər iştirak edə bilərlər.  Təqdim ediləcək məqalələr 8 səhifədən az olmamalı (Arial formatı, 12 yazı ölçüsü və 1,5 sətir aralığı), Azərbaycan, rus və ingilis dillərinin birində təqdim edilməlidir.

Məqalələr 2018-ci ilin 1 may tarixinədək müəllifin şəxsiyyət vəsiqəsinin və müvafiq təhsil müəssisəsində təhsil almasına dair sənədinin elektron surəti ilə birlikdə [email protected] ünvanına təqdim olunmalır.

Məqalələr İqtisadiyyat Nazirliyində yaradılmış Komissiya tərəfindən 10 may 2018-ci il tarixinədək qiymətləndiriləcək və qaliblər mükafatlandırılacaqdır.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

                                                                                         

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında