“Azərişıq” elektrik şəbəkəsinə qoşulmaqla bağlı daha bir yenilik edib

“Azərişıq” ASC mövcud və tikilməkdə olan sahibkarlıq obyektinə, o cümlədən evinə, bağına yaxud həyətinə elektrik enerjisi çəkdirmək istəyənlərin işini asanlaşdırmaq üçün daha bir yenilik edib.

ASC-dən verilən məlumata görə, “Azərişıq” ASC-nin   (azerishiq.az) rəsmi saytında “Elektrik şəbəkəsinə necə qoşulaq” adlı xüsusi bölmə yaradılıb. Həmin bölmədə elektrik enerjisi çəkdirmək üçün tələb olunan texniki şərtlərin verilməsinin yenilənmiş qaydalar öz əksini tapıb. Xüsusi bölmə Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir. Həmçinin “Elektrik şəbəkəsinə necə qoşulaq” adlı xüsusi bölmədə yazılı qaydalarla yanaşı video-rolik də yerləşdirilib.

İndi istənilən sahibkar www.azerishiq.az saytının əsas səhifəsindəki “Elektrik şəbəkəsinə necə qoşulaq” bölməsinə daxil olmaqla tələb olunan gücü 150 kVt-a qədər sahibkarlıq obyektlərinin mövcud 0,4 kV-luq elektrik şəbəkəsinə qoşulması və eyni zamanda, tələb olunan gücü 150 kVt və ondan yuxarı sahibkarlıq obyektlərinin orta və yüksək gərginlikli elektrik şəbəkəsinə qoşulması qaydalarından və şərtlərdən ətraflı tanış ola biləcəklər. Habelə evinə, bağına və ya həyətinə elektrik enerjisi çəkdirmək istəyən məişət abonentləri də bu xidmətdən yararlanacaqlar.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında