Azərbaycanda 14 ildə 554,4 milyon ton xam neft, 308,5 milyard kubmetr təbii qaz hasil edilib

Azərbaycanda 2004-2017-ci illərdə sənaye müəssisələrinin və fərdi sahibkarların fəaliyyəti nəticəsində sənaye məhsulu istehsalı hər il orta hesabla 7,1 faiz artaraq 508,8 milyard manat təşkil edib.

“APA-Economics”in məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan partiyasının saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu illər ərzində ölkədə qaz kondensatı da daxil edilməklə 554,4 mln. ton xam neft, 308,5 mlrd. kubmetr təbii qaz hasil edilib, 16,5 mln. ton avtomobil benzini, 32,8 mln. ton dizel yanacağı, 8,8 mln. ton ağ neft istehsal olunub.

T. Budaqaov bildirib ki, 2003-cü illə müqayisədə neft hasilatı 2,5 dəfə, təbii qaz hasilatı isə 5,6 dəfə artıb: “2017-ci ilin sentyabrın 14-də dünyanın aparıcı neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni saziş imzalanıb ki, bununla da ölkəmizdə yeni neft strategiyasının icrasına başlanılıb”.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında