“Azərişıq” ASC Aran regionunda genişmiqyaslı yenidənqurma işləri aparır

İstismar müddətini başa vurmuş elektrik şəbəkələri külək və digər təbii amillərə adekvat olmadığından yenidən qurulur. “Azərişıq” ASC-nin yaydığıməlumata görə, respublikanın bütün regionlarında olduğu kimi Aran iqtisadi regionunda da genişmiqyaslı tikinti, yenidənqurma işləri həyata keçirilir.

Şəbəkələrin texniki vəziyyətinin mövcud normalara uyğun vəziyyətə gətirilməsi, istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, qeydiyyatsız və sayğacsız elektrik enerjisindən istifadə hallarının, israfçılığın qarşısının alınması, həmçinin elektrik enerjisinin realizasiyasının tam həyata keçirilməsi istiqamətində 2018-ci ilin birinci rübündə xeyli işlər görülüb.

Belə ki, Ağcabədi rayonunda Avşar kəndində yerləşən 35/10 kV-luq “Ağcabədi-2” yarımstansiyası tam yenidən qurularaq 35 kV-luq gərginlikdən 110 kV-luq gərginliyə keçirilir. Rayonun Arazbar kəndində artıq hava xətlərinin yenilənməsi prosesi başa çatıb və smart sayğaclar qurlaşdırılıb. Həmçinin Hüsülü və Avşar kəndlərində transformator məntəqələri yenisi ilə əvəzlənib. Yenidənqurma işləri Ağcabədi rayon mərkəzini də əhatə edir və burada 10 kV-luq hava xəttindən qidalanan KTM-lərin (Komplekt Transformator Məntəqəsi) 0,4 kV-luq tərəfində ÖİN kabellərlə yenidənqurma işləri aparılır. Rayon ərazisində yerləşən Boyat kəndində də yenidənqurma işlərinə başlanııb.

İmişli, Beyləqan, Zərdab, Ağdam və Füzuli rayonlarının elektirik şəbəkələrində də tikinti və yenidənqurma işləri aparılır.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında