SOCAR-ın prezidenti Rövnəq Abdullayev Gürcüstanda səfərdə olub

AzVision.az-ın verdiyi məlumata görə SOCAR- ın prezidenti Gürcüstanda səfərdə olub. Səfər zamanı SOCAR-ın prezidentini şirkətin vitse-prezidentləri Süleyman Qasımov, David Məmmədov və Sərmayə İdarəsinin rəisi Vaqif Əliyev müşayiət ediblər.

R.Abdullayev Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşüb. Görüşdə tərəflər qarşılıqlı əməkdaşlığı, gələcəkdə ikitərəfli tərəfdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi yollarını müzakirə ediblər.
Həmçinin ”SOCAR Energy Georgia” şirkətinin Tbilisidəki ofisində yığıncaq keçirilib. “SOCAR Energy Georgia”nın baş direktoru Mahir Məmmədov SOCAR-ın prezidentini şirkətin 2017-ci ildəki fəaliyyətinin nəticələri, eləcə də 2018-ci il üzrə inkişaf planları barədə məlumatlandırıb. Sonda "SOCAR Energy Georgia" şirkətinin 2017-ci il üzrə uğurları nəzərə alınaraq 2018-ci il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

İ.Əmənullayev,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında