Biznes inkubatorlar kiçik sahibkarlığın inkişafında uğurlu platformadır

Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Biznes inkubatorlar kiçik sahibkarlığın inkişafında uğurlu platformadır” mövzusunda tədbir keçirilib.

Tədbirdə dövlət orqanlarının və ali təhsil müəssisələrinin, texnoparkların, biznes inkubatorların iştirakçıları, startap nümayəndələri və bu sahədə ixtisaslaşmış ekspertlər iştirak edib. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə davam etdirilən uğurlu iqtisadi siyasətin prioritet istiqaməti kimi sahibkarlığın inkişafının təmin edilməsi üçün həyata keçirilən kompleks tədbirlər, sistemli və ardıcıl islahatlar barədə məlumat verib.

Biznes inkubatorların yaradılması və inkişaf etdirilməsi, inovasiyayönümlü startap layihələrinin dəstəklənməsi və ümumilikdə innovativ sahibkar düşüncə tərzinin formalaşdırılması istiqamətində görülmüş işlər, o cümlədən keçirilən treninq və seminarlar, müsabiqələr barədə məlumat verilib. Bu sahədə aparılan işlərə sistemli yanaşmanın təmin edilməsi və diqqətin daha da artırılması üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planı”nın icrası ilə bağlı görülən işlər diqqətə çatdırılıb.

Tədbirdə çıxış edən Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov Agentliyin və onun tərkibində Kiçik və Orta Sahibkarlıq evlərinin yaradılmasının sahibkarlığın, eləcə də biznes inkubatorların inkişafında, startapların dəstəklənməsində rolunundan danışıb. O, bu sahədə müasir idarəçiliyin tətbiqi, institusional dəstək mexanizmlərinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının xidmətlərinin “vahid məkan” prinsipi əsasında təşkilinin kiçik və orta sahibkarlığın rolunun və rəqabət qabiliyyətinin artırılması baxımından əhəmiyyətini vurğulayıb.

Biznes inkubatorların və startapların nümayəndələri çıxış edərək öz fəaliyyətləri, həyata keçirilən innovativ layihələr və yeni biznes imkanları barədə danışıb, tədbirin biznes inkubatorları arasında əməkdaşlığın genişləndirilməsi, eyni zamanda, startaplar tərəfindən reallaşdırılan innovativ layihələrə potensial invsestorların cəlb olunması baxımından önəmini qeyd ediblər.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 


             

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında