Pambıqçılığın perspektivləri müzakirə olunub

Kənd Təsərrüfatı Nazirliyində Bərdə rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində qarşıya qoyulan vəzifələrin icrasına həsr olunmuş iclas keçirilib.  Tədbirdə nazirliyin məsul işçiləri, pambıqçılıq rayonlarının Kənd Təsərrüfatı İdarələrinin rəisləri, alimlər, mütəxəssislər, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Rayon Bitki Mühafizə şöbələrinin rəisləri iştirak ediblər.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov pambıqçılığın inkişafı məsələlərinə həsr olunmuş respublika müşavirəsində ölkə başçısı tərəfindən Kənd Nəsərrüfatı Nazirliyinin qarşısına qoyulmuş tapşırıq və vəzifələr, son illərdə aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrindən olan pambıqçılığın inkişafı ilə bağlı aparılan məqsədyönlü siyasət, Azərbaycan Respublikasının Prezidentinin imzaladığı fərman və sərəncamlar, keçirilmiş müşavirələr, qəbul olunmuş Dövlət Proqramları barədə ətraflı məlumat verib.   .   

Sonda pambıqçılıq rayonları rəhbərlərinin səpinə hazırlıqla bağlı məlumatları dinlənilib, onların təklifləri ətrafında müzakirələr aparılıb. 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında