Arıçılıq gəlirli sahədir

Azərbaycan iqtisadiyyatında arıçılığın mühüm yeri var. Ölkəmizdə arı ailələrinin sayı əvvlki illərlə müqayisədə artırılaraq hazırda 238 minə çatdırılmışdır. Bu mühüm və gəlirli sahənin daha da inkişaf etdirilməsi üçün son illər bir sıra məqsədyönlü tədbirlər həyata keirilmişdir. 2020-ci ildə arı ailələrinin sayının 310 minə çatdırılması nəzərdə tutulmuşdur.Yeri gəlmişkən onu da deyək ki, Cənubi Qafqazda nektar verən bitki örtüyünün 61 faizi Azərbaycanın payına düşür. Bu, o deməkdir ki, ölkəmizin arıçılığın inkişafı  sahəsində böyük potensialı və perspektivləri var.

Hər il Bakıda arıçılıq məhsullarının sərgi-satış yarmarkaları keçirilir.Bu ilin noyabr ayında keçirilmiş Arıçılıq Yarmarkasında 453 nəfər arıçı iştirak etmiş və həmin yarmarkada 200 tona qədər arıçılıq məhsulları satılmışdır. Respublikamızda mövcud “Boz Qafqaz”,”Sarı Qafqaz” arı cinsləri, “Qabaqtəpə” və “Qonaqkənd” arı populyasiyalarının cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi Türkiyə Tərəfdaşlıq Proqramı (ƏKTTTTP) Etimad fondu çərivəsində qardaş ölkənin əlaqədar qurumlarına müraciət etmiş, nəticədə Azərbaycanda arıçılıq sahəsinin dəstəklənməsi məqsədilə ölkəmizə 200 min ABŞ dolları ayrılmışdır.

  Ə. BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında