Siyəzəndə 3 avtomobil yolu yenidən qurulur

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq bu il reallaşdırılması nəzərdə tutulan 63 kənd və qəsəbələrarası avtomobil yollarının yenidən qurulması layihələri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən böyük miqyasda tikinti və bərpa işləri aparılır.

Agentlikdən verilən məlumata görə, Siyəzən rayonunda bu çərçivədə ümumi uzunluğu 56,6 km olan və 37,3 min əhalinin yaşadığı 14 yaşayış məntəqəsini əhatə edən 3 avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub.

Bu yollardan biri Gilgilçay-Yenikənd-Tuğay-Böyük Həmyə avtomobil yoludur. Uzunluğu 17,1 km olan yol IV texniki dərəcəyə uyğun bərpa edilir.

Yolun torpaq və çınqıl örtüklü olması səbəbindən gediş-gəlişlə bağlı daim problemlər yaşandığından yolun əsaslı şəkildə bərpasına ehtiyac var idi. Buna görə də  yolun yenidən tikintisi 4 yaşayış məntəqəsinin 8 minə yaxın əhalisinin ürəyincə olub.

Hazırda layihəyə uyğun 10 metr enində yeni yol yatağının tikintisi aparılır ki, bunun üçün kənardan xüsusi çınqıl material daşınaraq yola yayılır və kipləşdirmə işləri aparılır. Torpaq işlərinin həcmi 117 min kub m-dir. Tikinti işləri çərçivəsində yolun altından suların ötürülməsini təmin edən mövcud suötürücü dəmir-beton boruların bərpası və təmiri də nəzərdə tutulub.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında