2018-ci ilin yanvar-fevral aylarında 7,6 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur

2018-ci ilin yanvar-fevral aylarında 7,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Məhsul istehsalı sənayenin qeyri-neft sektorunda 8,4 faiz, neft sektorunda 0,4 faiz artmışdır.

Dövlət Statistika Komitəsindən verilən məlumatda deyilir ki, sənaye məhsulunun 75 faizi mədənçıxarma sektorunda, 20 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda neft hasilatı 0,5 faiz artmış, əmtəəlik qaz hasilatı isə 9,4 faiz azalmışdır.

Emal sektorunda tütün məmulatlarının istehsalı 3,4 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 65,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 4,7 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 1 faiz, poliqrafiya məhsullarının istehsalı 38 faiz, kimya sənayesi məhsullarının istehsalı 6,3 faiz, əczaçılıq məhsullarının istehsalı 2 dəfə, tikinti materiallarının istehsalı 40 faiz, hazır metal məmulatlarının istehsalı 67 faiz, elektrik avadanlıqlarının istehsalı 43,4 faiz, mebel istehsalı 34,7 faiz artmış, qida məhsullarının istehsalı 6,7 faiz, içkilərin istehsalı 19 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 10 faiz, kompüter və elektron məhsulların istehsalı 6,1 faiz, maşın və avadanlıqların istehsalı 27,5 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,4 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,9 faiz azalmışdır.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında