Azərbaycanlı alim Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilib

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin sədrliyi ilə Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) Azərbaycan Elmi Mərkəzinin (AEM) növbəti iclası keçirilib. Tədbirdə RTEA-nın vitse-prezidenti, akademik Əzizağa Şahverdiyev, AMEA-nın müxbir üzvləri Tulparxan Salavatov, Qeylani Pənahov, Qurban Yetirmişli və digərləri iştirak ediblər. www.science.gov.az saytının yaydığı məlumata görə iclasda qurumlar arasında birgə elmi əməkdaşlıq perspektivləri müzakirə edilib, bu əlaqələrin hansı istiqamətlər üzrə davam etriləcəyi müəyyənləşdirilib.

Dövlətlərarası elmi əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayan akademik İ.Quliyev bildirib ki, 2014-ci il noyabrın 13-də AMEA və RTEA rəhbərliyinin təşəbbüsü ilə yaradılan RTEA-nın Azərbaycan Elmi Mərkəzinin fəaliyyəti hər iki qurum arasında texnologiya, texnika və təhsil sahələrində əlaqələrin yaranmasına, fundamental və tətbiqi araşdırmaların genişlənməsinə və müasir elmi istiqamətlər üzrə aparılan tədqiqatlara gənc alimlərin cəlb olunmasına yönəlib.

Tədbirdə, həmçinin RTEA-nın prezidenti, akademik Oleq Kuznetsovun sədrliyi ilə keçirilən RTEA Rəyasət Heyətinin iclasında gizli səsvermə yolu ilə AMEA Rəyasət Heyətinin Fənlərarası Analitik Mərkəzinin direktoru, professor Rüfət Məmmədovun bu qurumun xarici üzvü seçildiyi diqqətə çatdırılıb. Alimə RTEA-nın xarici üzvü diplomu, vəsiqəsi və fərqlənmə nişanı təqdim olunub.

 

Ə.BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında