Qurban Yetirmişli İran-İraq sərhədində güclü zəlzələnin Azərbaycanda zəlzələ ocaqlarına təsirinə aydınlıq gətirib

“İran-İraq sərhədində baş verən güclü zəlzələ Azərbaycanda zəlzələ ocaqlarını oyada bilməz”.Bunu APA-ya açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, qeydə alınan ilk güclü təkan Azərbaycanın İranla həmsərhəd olan ərazilərində - Naxçıvan, Lənkəran, Lerik və Yardımlıda hiss olunub.

Q.Yetirmişli qeyd edib ki, üç bala kimi hiss olunan zəlzələ məsafə, regionun geoloji quruluşu və tektonik baxımdan asılı olaraq Azərbaycanın zəlzələ ocaqlarına təsir edə bilməz: “Bu təkanın zəlzələ ocaqlarını oyadıb güclü zəlzələyə səbəb olma ehtimalı da yoxdur”.

Mərkəzin direktoru bildirib ki, hazırda İranda zəlzələ ocağında proses davam edir və avtoşoklar bir müddət davam edəcək.

“Azərbaycanın zəlzələ ocaqlarında hazırda mühüm aktivlik müşahidə olunmur. Xırda və zəif hiss edilən zəlzələlər isə mütəmadi baş verir və bu normaldır”, - deyə Q. Yetirmişli əlavə edib.

Qeyd edək ki, ötən axşam İran-İraq sərhədində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Kirmanşah şəhərindən 104 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib. Güclü zəlzələdən sonra bölgədə 14 afterşok qeydə alınıb.

Zəlzələ nəticəsində İranda həlak olan insanların sayı 400-dən, yaralananların sayı 6700-dən çoxdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında